"Sevilya"nın baş məşqçisi püşkü dəyərləndirdi

"Sevilya"nın baş məşqçisi Xulyen Lopetegi, Avropa Liqasının qrup mərhələsinin püşkü haqda fikirlərini bölüşüb.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, qrupdakı rəqiblərini – APOEL (Kipr), “Qarabağ” (Azərbaycan) və “Düdelanj”ı (Lüksemburq) dərindən təhlik edəcəklərini bildirib.

Lopetegi bunun üçün vaxtlarının olduğunu söyləyib: "APOEL Çempionlar Liqasının son yarımfinalçı Hollandiya "Ayaks"ına müqavimət göstərdi. "Qarabağ" isə iki il əvvəl "Atletiko"nu Çempionlar Liqasında büdrətdi. Avropada hər bir oyun 3 xal deməkdir və biz təslim ola bilmərik. Elə rəqiblər var ki, işimizi çətinləşdirə bilərlər. Heç yerdə asan komanda yoxdur".

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 19-da start veriləcək. İlk turda APOEL "Düdelanj"ı, "Qarabağ" "Sevilya"nı qəbul edəcək.