"Sevilya"nın futbolçusu "Barselona"da
"Barselona" heyətini daha bir futbolçu ilə gücləndirib. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Sevilya"nın müdafiəçisi Kleman Lanqle ilə razılıq əldə edib. Onunla 5 illik müqavilə imzalanıb.
23 yaşlı futbolçunun keçidi üçün "Barselona" klubu 35,9 milyon avro təzminat haqqı ödəyib.
Qeyd edək ki, "Sevilya" UEFA Avropa Liqasında "Neftçi"nin potensial rəqibidir.