"Sevilya"nın futbolçusu "Qarabağ"dan danışdı

"Sevilya"nın futbolçusu Fernando Avropa Liqasının qrup mərhələsinin V turunda "Qatabağ"la ev oyunu barədə fikirlərini bildirib.

Sportline.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yalnız qələbə haqda düşündüklərini söyləyib:

"Qrupdan çıxmaq işimizin bir hissəsidir. Ona görə bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik. Sona qədər döyüşüb növbəti 3 xalı qazanmaq, qələbə seriyamızı davam etdirmək və azarkeşlərimizi sevindirmək istəyirik".

Noyabrın 28-də keçiriləcək "Sevilya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.