"Şadam ki, qol vura bildim" - Mirabdulla Abbasov
"Neftçi" PFK-nın hücumçusu Mirabdulla Abbasov Makedoniyanın "Şkupiya" komandasına qarşı keçirilmiş oyundan sonra (2:0) klubun rəsmi saytına açıqlama verib. SportLine.az xəbər verir ki, futbolçu meydanı qolla tərk etdiyi üçün xoşbəxt olduğunu dilə gətirib: "Komanda yığılandan ilk oyunumuz idi. Şadam ki, qol vura bildim, amma əsası odur ki, Avropa Liqasına qədər hazır olaq, tam optimal formanı yığaq. Komandada ab-hava yaxşıdı, çalışırıq məşqçilərinin bütün tapşırıqlarını yerinə yetirək”.