Şakiri "Liverpul"da

Növbəti mövsümə hazırlıqları davam etdirən "Liverpul" heyətini gücləndirib. SportLine.az xəbər verir ki, "mersisaydlılar" Xerdan Şakiri ilə müqavilə bağlayıb.

Klubun rəsmi saytının yaydığı məlumata görə, "Liverpul" futbolçunun keçidi üçün "Stok Siti"yə 13,5 milyon funt-sterlinq təzminat haqqı ödəyib.

Qeyd edək ki, müqavilə müddəti ilə bağlı məlumat təqdim olunmayıb.