"Shamkir Chess" superturnirinin püşkü atılıb

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess" superturnirinin püşkü atılıb. Sportline.az xəbər verir ki, yarışın birinci turunda şahmatçımız Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu norveçli Maqnus Karlsenlə qarşılaşacaq. Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə qara fiqurlarla rusiyalı qrossmeyster Aleksandr Qrişukla mübarizə aparacaq.

İlk tur:

Aniş Giri (Hollandiya) - Veselin Topalov (Bolqarıstan)

Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin)

Aleksandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)

Vişvanatan Anand (Hindistan) - David Navara (Çexiya)

Qeyd edək ki, aprelin 9-da yekunlaşacaq "Shamkir Chess" turniri 9 turdan ibarətdir.