"Şaxtyor" Ukrayna kubokunun qalibi oldu

Ukrayna kuboku turnirində qalib müəyyənləşib.
 

Sportline.az xəbər verir ki, finalda aşağı liqa təmsilçisi “İnqulets”lə üz-üzə gələn “Şaxtyor” Dontesk görüşün taleyini ilk hissədə həll edib.

28-ci dəqiqədə hesab açılıb. Tete Donetsk azarkeşlərini sevindirib. Çox keçmədən daha 2 qol vurulub. Braziliyalı futbolçu dublunu rəsmiləşdirib - 2:0.

Fasiləyədək fərq daha da artıb. Bu dəfə Junior Moraes topu rəqib qapısından keçirib. 3:0. İkinci hissədə də qapısını toxunulmaz saxlayan “Şaxtyor” 64-cü dəqiqədə son qolun müəllifi olub. 4:0 hesabıyla qalib gələn “Şaxtyor” komandası Ukrayna kuboku turnirinin qalibi olub.