"Şaxtyor"dan formal oyun

Ukrayna çempionatında 29-cu tur yekunlaşıb.

Sportline.az xəbər verir ki, ötən turlarda çempionluğu təmin edən “Şaxtyor” Donetsk UEFA Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan “Zarya” Luqansk komandasının qonağı olub.

Ukrayna çempionatının qalibi “Şaxtyor” “Zarya” Luqansk komandasının qonağı olub. İlk dəqiqələrdən üstünlüyə yiyələnən Donetsk klubu çox keçmədən hesabı açıb. 11-ci dəqiqədə Junior Moraeş yerli azarkeşləri məyus edib. Fasiləyə minimal hesabla qələbə ilə yollanan qonaqlar 2-ci hissədə fərqlənə bilməsələr də, qapılarını toxunulmaz saxlayıblar. Ötən turlarda çempionluğu rəsmiləşdirən “Şaxtyor” Donetskin hesabında 76 xal var.