"Şəhərlilər" 400-ə çatdılar

İngiltərə Premyer Liqasının 13-cü turunda “Çelsi” üzərində qələbə (2:1) "Mançester Siti” üçün əlamətdar olub. 

Sportline.az xəbər verir ki, Mançesterde keçirilən görüşdə “şəhərlilər” Premyer Liqada 400-cü qələbəsini qazanıb. 

“Mançester Siti” Premyer Liqada 400 və daha çox qələbə qazanan 6-cı komanda olub. Bu göstəricidə lider isə “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar”ın hesabında 652 qələbə var.