Şehiç Meksikaya qarşı oynadı

Bosniya və Herseqovina seçməsi Amerika toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Meksika seçməsi olub. 

Qarşılaşma Meksikanın qələbəsi ilə yekunlaşıb - 1:0.

"Qarabağ"ın üzvü İbrahim Şehiç bu görüşün ilk hissəsində meydanda olub. Qolu isə onun əvəzinə meydana daxil olan Kenan Piriç buraxıb.

Qeyd edək ki, Robert Prosineçkinin komandası ilk yoxlama matçında ABŞ-la heç-heçəyə razılaşıb - 0:0.