Şehiç oynadı, komandası Cənubi Koreyaya qalib gəldi

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçinin şərəfini qoruduğu Bosniya və Herseqovina seçməsi yoxlama görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib Cənubi Koreya millisi olub.

Qarşılaşma Avropa təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Bosniya və Herseqovinanın heyətində Edin Vişsa het-triklə yadda qalıb.

Qeyd edək ki, İ.Şehiç bu görüşdə 90 dəqiqə meydanda olub.