Şehiç "Qarabağ"ın düşərgəsində

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç komandanın düşərgəsinı baş çəkib. 

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu məşqə gələrək futbolçu və məşqçi heyəti ilə görüşüb. 

O, "Qarabağ"ın onun ailəsi olduğunu deyib: "Burada çox möhtəşəm illər keçirmişəm. Klubdan ayrılanda bir çoxları ilə görüşə bilmirdim. Ona görə də gəlib onlarla görüşməyi özümə mənəvi borc bildim. Hansı klubda çıxış etməyimdən asılı olmayaraq, hər zaman "Qarabağ"ı dəstəkləyəcəyəm, ürəyim bu komandayla döyünəcək".