Şehiç sabah müqaviləyə imza atacaq
"Qarabağ”la yolları ayrılan İbrahim Şehiç sabah yeni klubu ilə rəsmi anlaşacaq.
Sportline.az xəbər verir ki, bosniyalı qolkiper iyunun 12-də "Erzurumspor”la iki illik müqavilə imzalayacaq.
30 yaşlı futbolçunun ilə 550 min avro qazanacağı bildirilir.
Qeyd edək ki, Şehiçin yeni komandası, növbəti mövsümdə, Türkiyə Super Liqasında mübarizə aparacaq.