Şehiç Türkiyə klubu ilə müqavilə imzaladı

"Qarabağ"la yollarını ayıran İbrahim Şehiçin yeni iş yeri müəyyənləşib. SportLine.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin üzvü "Ərzurumspor"la razılıq əldə edib. Futbolçu Türkiyə klubu ilə iki illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, 2013-2018-ci illərdə "Qarabağ”ın formasını geyinən Şehiç daha əvvəl vətənində "Jelezniçar” və Türkiyədə "Mersin İdman Yurdu” komandalarının şərəfini qoruyub. "Erzurumspor” yeni mövsümdən etibarən Türkiyə Super Liqasında çıxış edəcək.