Şəhriyar Məmmədov: "Azarkeşləri sevindirmək istəyirik"
Millimizin futbolçusu Şəhriyar Rəhimov Avro-2020-nin seçmə mərhələsində Uelslə oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib.
Sportline.az xəbər verir ki, o, matçın çətin keçəcəyini deyib: "Bu seçmə mərhələ çərçivəsində doğma meydanımızda son görüşümüzə çıxacağıq. Azarkeşlərimizi sevindirmək, ölkəmizi layiqincə təmsil etmək üçün qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.