Şəhriyar Rəhimov: "Tamamilə bu oyunun hazırlığına köklənmişik"

"Üç xal qazandığımıza və qalib gəlməyimizə görə çox şadam. Həmişə son saniyəyə qədər mübarizə aparmaq lazımdır".

Sportline.az xəbər verir ki, bu sözləri "Səbail"in futbolçusu Şəhriyar Rəhimov klubun mətbuat xidmətinə açıqlamasında deyib. 

O, Topaz Premyer Liqanın 22-ci turunda səfərdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Matçın son saniyələrində komandasına qələbə qazandıran qolu vuran təcrübəli müdafiəçi növbəti görüşün vacibliyini vurğulayıb: "İrəlidə "Sabah"a qarşı çətin oyunumuz var. Tamamilə bu oyunun hazırlığına köklənmişik".

Qeyd edək ki, "Sabah" - "Səbail" oyunu aprelin 7-də keçiriləcək.