Şenol Günəşdən islandlara sərt cavab

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin seçmə mərhələsində İslandiya ilə oyun öncəsi Reykyavikdə hava limanında iki saatdan çox pasport yoxlanışında gözləmələrinə münasibət bildirib.

Sportline.az xəbər verir ki, o, matç öncəsi keçirilən mətbuat konfransında bununla bağlı deyib:

"İslandiya Avropa və dünya çempionatında rəğbət qazandı. Hər millətin olduğu kimi onların da böyük hekayələri var. Mən 43 il əvvəl - 1976-cı ildə bura gəlmişdim. Meydan eyni ola bilər, amma şəhər çox dəyişib, böyüyüb, ancaq görünən odur ki, beyinlər kiçilib. Çox gözəl ölkə idi, havası təmiz, soyuq idi, amma insanları istiqanlı və səmimi idi. İslandiya ağlımda həmişə yaxşı izlər buraxmışdı, ancaq indi elə deyil. Bir çox islandiyalı oyunçu Türkiyədə oynayır, biz nə istəyirik? İki məmurun etdiyi tərbiyəsizliyimi, danışacağıq? 53 ildir futbolun içindəyəm. Bu dediyimiz gömrük deyil. Məmur pasportumu alıb, mənə yelləyir. Kremləri, ətirləri ,telefonları yoxlayır. Burada insani dəyərlərin yüksək olduğunu düşünürdük, kiçiltdinizmi bunu? Biz böyük ölkəyik, kiçik işlərlə məşğul ola bilmərik.  Bu söhbəti bağlayıram".


Şenol Günəşin mətbuat konfransında səsləndirdiyi fikirlərinin videosu


qol.az