"Şerif" – "Qarabağ" matçının hakimləri məlumdur
Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində keçiriləcək "Şerif" - "Qarabağ" görüşünün hakim təyinatları müəyyənləşib. SportLine.az xəbər verir ki, Tiraspolda təşkil olunacaq matç Avstriyadan olan briqadaya həvalə olunub.
23 avqust 2018
Avropa Liqası
"Pley-off" mərhələsi (ilk oyun)
21:00. "Şerif" (Tiraspol, Moldova) - "Qarabağ" (Ağdam, Azərbaycan)
Baş hakim: Harald Lexner
Köməkçi hakimlər: Andreas Heydenrex, Maksimilian Kolbim
Dördüncü hakim: Yulian Veynberger (hamısı Avstriya)
Hakim-inspektor: Vladimir Petrov (Ukrayna)
UEFA nümayəndəsi: Teuvo Holopayne (Finlandiya)