"Şerif"in futbolçusu "Neftçi"də

"Neftçi" klubu yeni transferini reallaşdırıb.

SportLine.az paytaxt təmsilçisinin "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "ağ-qaralar" Moldavanın "Şerif" klubunun futbolçusu Petru Rakunu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə müqavilənin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, P.Raku Moldova yığmasının da üzvüdür.