Şeydayev "Dinamo" Moskvada tibbi müayinədən keçib

Milli komandamızın üzvü Ramil Şeydayev Moskva “Dinamo”sunda tibbi baxışdan uğurla keçib.

Sportline.az xəbər verir ki, 23 yaşlı forvardın səhhətindən və fiziki durumunda heç bir problem aşkarlanmadığı üçün onunla müqavilə bağlanılacaq.

Şeydayev ötən mövsümü Rusiyanın “Krılya Sovetov” klubunda keçirib.

Müqaviləsinin müddəti bitdiyi üçün Samara təmsilçisindən ayrılan forvard Premyer Liqada keçirdiyi 18 oyunda 4 qol vurub.