Şeydayev "Dinamo"da növbəti oyununa çıxıb

Milli komandamızın hücumçusu Ramil Şeydayev yeni klubunda ikinci oyununa çıxıb.

Sportline.az xəbər verir ki, o, "Dinamo"nun Çexiya "Slovan"ı ilə yoxlama görüşündə forma geyinib. Görüş Moskva təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan R.Şeydayev 68-ci dəqiqədə əvəzlənib. O, komandasının qolunun vurulmasında fəal iştirak edib.

Xatırladaq ki, R.Şeydayev bundan əvvəl  Çexiya "Sparta"sı ilə yoxlama görüşündə (1:1) oynamışdı.