Şeydayev ehtiyatda qaldı, komandası 3 xal qazandı
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Anji" kollektivi olub.
Qarşılaşma Samara təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
R.Şeydayev matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Krılya Sovetov" 6 oyundan sonra 9-cu pillədə qərarlaşıb.
Standings provided by Sofascore LiveScore