Şeydayev Moskva derbisini kənardan izlədi
Rusiya Premyer Liqasında 18-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Moskva “Dinamo”su bu turda səfərdə "Lokomotiv"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
R. Şeydayev bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, Moskva təmsilçisi 24 xalla 16 komanda arasında 6-cı pillədə qərarlaşıb, "Lokomotiv" isə 34 xalla 2-cidir.