Şeydayev "Krılya Sovetov"un heyətində ilk oyununa çıxdı
Milli komandamızın üzvü Ramil Şeydayev "Krılya Sovetov"un heyətində debüt edib.
Sportline.az xəbər verir ki, Rusiya Premyer Liqasının 4-cü turunda "Lokomotiv"i qəbul edən Samara təmsilçisi 0:1 hesabı ilə məğlub olub.
Şeydayev matçın 81-ci dəqiqəsində meydana çıxıb.