Şeydayev yenə ehtiyatda qaldı
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" Rusiya kubokunun 1/8 final mərhələsində "Krasnodar"la qarşılaşıb. SportLine.az xəbər verir ki, doğma meydanda keçirilən görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Əlavə vaxtda isə "Krasnodar" vurduğu bir qolla növbəti mərhələyə adlayıb.
R.Şeydayev bu matçı da ehtiyat oyunçular skamyasından izləyib.