Şeydayev yenə ehtiyatda qaldı

Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir. 

Sportline.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva “Dinamo”su səfərdə “Zenit”lə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil komandasının uduzduğu oyunda sonadək ehtiyatda qalıb.

“Dinamo” 18 turdan sonra 24 xalla 7-ci pillədə qərarlaşıb. 45 xalı olan "Zenit" turnir cədvəlinə başçılıq edir.