Şeydayev yenə qol vurdu

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Anji" kollektivi olub.

Qarşılaşma Samara təmsilçisinin qələbəsi ilə yekunalşıb - 2:0.

64-cü dəqiqədə meydana daxil olan R.Şeydayev 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə yekun hesabı müəyyənləşdirib.

Bu, hücumçumuzun komandasının heyətində ardıcıl 3 matçda 3-cü qoludur.

Qeyd edək ki, 19 oyundan sonra aktivində 24 xal olan “Krılya Sovetov” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.