Şeydayev yenidən "Trabzonspor"un düşərgəsində

Milli komandamızın hücumçusu Ramil Şeydayev yenidən “Trabzonspor”un düşərgəsindədir.

Sportline.az xəbər verir ki, Avstriyanın “Mattersburq” klubuna keçidi alılnmayan futbolçu trabzonluların Sloveniya toplanışına qatılıb.

Son mövsümü icarə əsasında “Qarabağ”da keçirən forvard "bordo-mavililər"lə məşqlərə başlayıb. Buna baxmayaraq, onun klubda qalıb-qalmayacağı haqda dəqiq məlumat verilmir. Bu məsələyə Sloveniya toplanışından sonra aydınlıq gətiriləcək.

Qeyd edək ki, Şeydayevin “Trabzonspor”la müqaviləsinin müddəti 2020-ci ildə bitir.