Şeydayevə yenə ehtiyac duyulmadı

Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi  Moskva “Dinamo”su doğma meydanda "Axmat"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

 Ramil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

"Dinamo" hazırda 15 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.