Şeydayevin Avstriya klubuna keçidi niyə ləngiyir?

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin Avstriyanın "Mattersburq" klubuna keçidinin ləngiməsinin səbəbi müəyyənləşib.

SportLine.az Avstriya mətbuatına istinadən xəbər verir ki, hücumçunun transferi üçün tələb olunan icazə sənədi gecikir. R.Şeydayevin transfer hüququ "Trabzonspor"a məxsusdur və həmin sənəd də bu klubdan alınmalıdır.

Qeyd edək ki, "Mattersburq" iyunun 14-də təlim-məşq toplanışına başlayacaq.