Şeydayevin baş məşqçisi ilə bağlı son qərar
Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" baş məşqçisi Dmitri Xoxlovla bağlı qərar verib.
Sportline.az Moskva klubunun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis qış fasiləsinə qədər komandada qalacaq.
Qeyd edək ki, son günlər Rusiya mətbuatında Xoxlovun istefaya göndəriləcəyi haqda xəbərlər yayılmışdı. "Dinamo" hazırda Premyer Liqada 10 turdan sonra 10 xalla 16 komanda arasında 11-ci pillədə qərarlaşıb.