Şeydayevin "Dinamo"da ilk oyunu

"Donamo"ya yenicə transfer olunan Ramil Şeydayev Moskva klubunun heyətində debüt edib.

Sportline.az xəbər verir ki, milli komandamızın hücumçusu paytaxt təmsilçisinin Çexiya "Sparta"sı ilə matçında meydana çıxıb. Fasilədən sonra oyuna girən Şeydayev sona qədər oynayıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Ramil "Dinamo" ilə 1 illik müqavilə bağlayıb.