Şeydayevin komandası ağır məğlubiyyətlə barışdı
Rusiya Premyer Liqasında 2018-2019 mövsümü başa çatıb.
Sportline.az xəbər verir ki, milli komandamızın hücumçusu Ramil Şeydayevin oynadığı "Krılya Sovetov" sonuncu turda səfərdə SSKA - ya böyük hesabla uduzub. Şeydayevin start heyətdə meydana çıxdığı görüş Samara təmsilçisinin 0:6 hesablı məğlubiyyəti ilə nəticələnib.
Qeyd edək ki, mövsümü 28 xalla 13-cü pillədə bitirən "Krılya Sovetov" elitada yerini qorumaq üçün birinci liqada 4-cü sıranı tutan "Nijniy Novqorod" komandası ilə "pley-off" oyunlarına çıxacaq.