Şeydayevin komandası üçün zəif rəqib

Rusiya kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.

Sportline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo”nun da rəqibi müəyyənləşib. Moskva təmsilçisi 1/16 finalda 1-ci divizionunda mübarizə aparan “Luç”la qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin oyunları 25-26 sentyabrda keçiriləcək.