Şeydayevin komandasında yeni baş məşqçi

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiya "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Kirill Novikov təyin edilib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Dmitri Xoxlovun istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini məhz K. Novikov yerinə yetirirdi.

Xatırladaq ki, Moskva təmsilçisi 15 turdan sonra 15 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.