Şeydayevin komandasından fiasko
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"su Rusiya Kuboku ilə erkən vidalaşıb.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi 1/16 finalda səviyyəcə ikinci liqada çıxış edən "Luç" komandası ilə üz-üzə gəlib. Qarşılaşma "Dinamo"nun 0:1 hesablı məğlubiyyəti ilə bitib.
Qələbədən sonra Vladivostok klubu növbəti mərhələyə yüksəlib, "Dinamo" isə mübarizəni dayandırıb.
Şeydayev görüşə start heyətdə başlayıb və sona qədər meydanda olub.