Şeydayevin komandasından qələbə
Rusiya Premyer Liqasında qalmaq uğrunda pley-of mərhələsinin ilk oyunları olub.
Sportline.az xəbər verir ki, Nijni Novqorodda yerli komanda “Krılya Sovetov” klubunu qəbul edib. Hesabı 22-ci dəqiqədə meydan sahiblərindən Daniel Fomin dəqiq penalti zərbəsi ilə açıb.
İkinci hissədə qonaqlar hücumlarını daha da gücəndiriblər. 65-ci dəqiqədə tarazlıq bərpa olunub. “Nijni Novqorod”un heyətində Vitali Fyodoriv topu öz qapısından keçirib – 1:1. Əsas vaxta əlavə edilən 1-ci dəqiqədə Anton Zinkovski, 3 dəqiqə sonra isə Roman Şişkin fərqlənib. “Nijni Novqorod” – “Krılya Sovetov” – 1:3.
Qeyd edək ki, "Krılya Sovetov"un start heyətində meydana çıxan Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev sonadək mübarizə aparıb.