Şeydayevin yeni baş məşqçisi müəyyənləşdi

Milli komandamızın hücumçusu Ramil Şeydayevin də çıxış etdiyi Moskva “Dinamo”sunun yeni baş məşqçisi müəyyənləşib. Sportline.az xəbər verir ki, uğursuzluq üzündən istefa verən Dmitri Xoxlovu, Kirill Novikov əvəzləyib. Komanda müvəqqəti olaraq, onun rəhbərliyi altında oynayacaq. Bu ilin mayından “Dinamo”nun gənclərdən ibarət komandasını çalışdıran Novikov, yeni baş məşqçi təyinatına qədər bu vəzifəni icra edəcək. 

Qeyd edək ki, "Dinamo" Rusiya Premyer Liqasında, 12 turdan sonra 10 xalla 15-ci pillədədir.