Şeydayevlə ayrılığın səbəbi açıqlandı
Rusiya mətbuatı "Dinamo"nun Ramil Şeydayevdən imtina etməyinin səbəbini açıqlayıb.
Sportline.az sportsdaily.ru-ya istinadən xəbər verir ki, Moskva təmsilçisi Şeydayevdən növbəti mövsüm qüvvəyə minəcək legioner limitinə (8+17) görə imtina edib.
23 yaşlı hücumçu ilə sabiq klubu "Krılya Sovetov" maraqlanır.