Şeydayevli "Dinamo" "Zenit"ə uduzdu

Millimizin hücumçusu Ramil Şeydayevin üzvü olduğu “Dinamo” bu gün Rusiya Premyer Liqasında 5-ci turun matçına çıxıb

Sportline.az xəbər verir ki, Moskva təmsilçisi öz meydanında “Zenit”i qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Dinamo" - "Zenit" - 0:2
Qollar: Dzyuba, 10, Ozdoev, 88
Qırmızı vərəqə: Artur Yusupov, 80-ikinci sarı vərəqə ("Dinamo")

Start heyətdə meydana daxil olan R.Şeydayev 90 dəqiqə oynayıb.

5 oyundan 5 xalı olan “Dinamo” 10-cu, “Zenit” isə 13 xalla 1-ci yerdədir.