Şeydayevsiz "Krılya Sovetov" "Zenit"ə uduzdu
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Zenit" olub.
Görüş Sankt-Peterburq təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
R.Şeydayev bu matçı ehtiyat oyunçular skamyasından izəyib.
Qeyd edək ki, "Krılya Sovetov" 11 xalla 14-cü pillədə qərarlaşıb.
Standings provided by Sofascore LiveScore