Şotlandiya Azərbaycanı keçdi - UEFA reytinqi

Ötən gün Çempionlar Liqasında keçirilən görüşlər UEFA reytinqinə də təsir edib. SportLine.az xəbər verir ki, "Seltik"in AEK-lə heç-heçəsi Şotlandiyanın aktivindəki xalların 18,125-ə çatması ilə nəticələnib. 

Bununla da, xalların sayını Azərbaycanla eyniləşdirən Şotlandiya əlavə göstəricilərdə önə keçib. 

Beləliklə, hazırda Azərbaycan 24-cü pillədə qərarlaşıb.