Şotlandiyadan "Qarabağ"a qapıçı

“Qarabağ” heyətinə yeni əcnəbi qapıçı cəlb edə bilər.

Sportline.az “The Scottish Sun” portalına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Şotlandiyanın “Sent-Mirren” klubunun qolkiperi Vatslav Qladkinin xidmətində maraqlıdır.

Bildirilir ki, Şotlandiya təmsilçisi ilə 2020-ci ilin iyununa qədər müqaviləsi olan 29 yaşlı futbolçunu Moskva “Spartak”ı və bir neçə İngiltərə klubu da transfer etmək istəyir.

Qeyd edək ki, Qladki 2016/2017 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində Çexiyanın “Slovan” komandasının heyətində yer alsa da, “Qarabağ”la hər iki matçda ehtiyatda qalıb.