PAOK-un Avropa Klublar Birliyinə üzvlüyü ləğv olundu

Avropa Klublar Birliyi 11 mart tarixində Yunanıstan Super Liqasında keçirilən PAOK - AEK görüşündə yaşananlarla bağlı qərar qəbul edib.

SportLine.az Birliyin rəsmi saytına istinadən xəbər verir ki, PAOK klubunun üzvlüyü ləğv olunub. Klubun başqa sanksiyalara da məruz qalacağı istisna edilmir.

Xatırladaq ki, "Tumba" stadionunda keçirilən görüşdə Saloniki təmsilçisinin prezidenti İvan Savvidis silahla meydana daxil olub. O, hakimlərin qərarına etiraz edib. Bunun ardından görüş yarımçıq dayandırılıb. Yunanıstan Futbol Federasiyası isə ölkə çempionatına müddətsiz fasilə verildiyini bəyan edib.