Silva ilə müqavilənin detalları müəyyənləşib

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva ilə müqavilənin təfərrüatları məlum olub.

Sportline.az xəbər verir ki, 29 yaşlı portuqaliyalının ətrafı yeni müqaviləyə satın alma variantının daxil edilməsinə nail olub. Bu, 50 milyon funt-sterlinqə başa gələcək. Futbolçu yalnız 2024-cü ilin yayında satışa çıxacaq.

Silva avqustun 23-də yeni müqavilə imzalayıb - 2026-cı ilin yayına qədər. Yarımmüdafiəçi 2017-ci ildən "Mançester Siti"də çıxış edir.