Sissoko daha 4 il "Tottenhem"də
"Tottenhem" futbolçusu Mussa Sissoko ilə müqavilənin müddətini uzadıb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 4 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, M. Sissoko 2016-cı ildən İngiltərə təmsilçisində oynayır. O, bu mövsüm ölkə çempionatında 6 matçda meydana çıxıb.