"Siti"li futbolçudan etiraf: "Çempionluq mübarizəsi bitdi"

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan  Premyer Liqada bu mövsümkü çıxışlarını dəyərləndirib.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “şəhərlilər”in çemponluq uğrunda  mübarizəsininin demək olar ki,  başa çatdığını deyib: “Bizim üçün çətin bir mövsümdür. Düzünü demək lazımdırsa, çempionluq çox uzaqdadır. Bizim üçün mübarizənin bitdiyini inkar edə bilmərik. Növbəti ildə Çempionlar Liqasına qatılmaq uğrunda yarışmalıyıq. Mövsümün əvvəlindən bu qədər fərqin olmasına alışmamışıq”.

Qeyd edək ki, 46 xalla “Liverpul”un başçılıq etdiyi turnir cədvəlində “Mançester Siti” 32 xalla 3-cü yeri tutur.