Skaloni müqavilə müddətini uzatdı

Argentina Futbol Federasiyası millinin baş məşqçisi Lionel Skaloni ilə yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqavilənin müddəti 2022-ci ilin sonuna kimi uzadılıb.  Bu isə o deməkdir ki, komanda  2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazansa, mundialda yığmanın başında məhz Skaloni olacaq.

Qeyd edək ki, Skaloni DÇ-2018-dən sonra millini çalışdırır.