Skarlatake “Keşlə” ilə vidalaşdı

“Keşlə”nin futbolçusu Adrian Skarlatake komandadan ayrılıb.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, rumıniyalı müdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma ilə ləğv edilib.

Qeyd edək ki, 2016-cı ildən “Keşlə”də çıxış edən futbolçu ötən mövsümün sonunda klubla yeni 1 illik müqavilə imzalamışdı.