Skolari işsiz qaldı

Braziliyanın "Palmeyras" klubu baş məqşçisi Luis Felipe Skolarini istefaya göndərib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, komanda ardıcıl 7 oyunda qalib gələ bilmədiyi üçün rəhbərlik 70 yaşlı mütəxəssislə yolları ayırmağa qərar verib.

Qeyd edək ki, "Palmeyras" Braziliya millisinin sabiq baş məşqçisinin rəhbərliyi altında ötən mövsüm ölkə çempionu olub.